Bayraktar TB2-lər başqa bir ölkəyə də ixrac edilirbackend

Bayraktar TB2-lər başqa bir ölkəyə də ixrac edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baykarın baş direktoru Haluk Bayraktar Pilotsuz Uçan Aparatı (SİHA) Bayraktar TB2-nin Rumıniyaya ixrac ediləcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Haluk Bayraktar “Twitter” hesabında etdiyi paylaşımda məlumat verib.

“Qarşılıqlı etimada əsaslanan qədim dostluq və möhkəm əlaqələri olan Rumıniya yüksək texnologiyalı Bayraktar TB2 SİHA-nı inventarına götürən ölkələr siyahısına qoşuldu.”

Qeyd edək ki, BayraktarTB2 SİHA üçün indiyədək 28 ölkə ilə ixrac müqaviləsi imzalanıb.

Haluk Bayraktar “Baykar olaraq biz Rumıniya ilə birlikdə 2 AB və 3 NATO üzvü ölkəsinə PUA ixrac etməkdən qürur duyuruq” deyə qeyd edib.

NOCOMMENT.AZ