Belə obyektlərin əksəriyyəti hakimiyyətə yaxın dairələrindirbackend

Belə obyektlərin əksəriyyəti hakimiyyətə yaxın dairələrindir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat Etibar Hüseynovun iki çaydan çay üçün 33 manat ödəməsi barədə giley-güzarlı açıqlamasına digər eks-deputat münasibət bildirib: “Vətəndaşın bu məsələyə narazılıq bildirmə haqqı yoxdur”.

NOCOMMENT xəbər verir ki, bunu yenisabah-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

O, ictimai iaşə obyektlərində qiymətlərin yüksək olmasını azad bazar iqtisadiyyatı ilə əlaqələndirib: “Vətəndaşın bu məsələyə narazılıq bildirmə haqqı yoxdur. Çünki azad bazar iqtisadiyyatıdır. Hər kəs istədiyi qiymətə xidmət təklif edə bilər.

Qiymətlər menyuda yazılır, seçim vətəndaşındır. Cibə uyğun deyilsə, həmin məkanın xidmətlərindən imtina olunmalıdır. Lakin qiymətlərin tənzimlənməsi Vergilər Nazirliyinin məsuliyyətidir. Qiymətləri şişirdən iaşə obyektlərinin, istirahət mərkəzlərinin nə qədər vergi ödədiyinə baxılmalıdır. Təəssüf ki, bəzən onlar yoxlanılmır. Yoxlanılmadığına görə də məsuliyyətsilik baş alıb gedir”.

İqbal Ağazadə bu məsələnin həllində vətəndaşların da mühüm rol oynamalı olduğuna toxunub: “Vətəndaşlar da bu məsələlərdə məsuliyyətli olmalıdır. Onlar aparacağı mübarizə üsulu həmin yerləri boykot etməkdir. İnhisarçılığa imkan verilməməlidir”.

Ümid Partiyasının sədri sonda qeyd edib: “Vergi orqanları müəyyən müəssisələrdə yoxlamanı ümumiyyətlə aparmır. Çünki belə obyektlərin böyük əksəriyyəti hakimiyyətə yaxın dairələrin mülkiyyəti olur”.