Ben-Qvir: İsrail ABŞ bayrağındakı ulduzlardan biri deyilbackend

Ben-Qvir: İsrail ABŞ bayrağındakı ulduzlardan biri deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, ölkəsindəki mübahisəli məhkəmə qaydalarını tənqid edən ABŞ prezidenti Co Baydenə “İsrail ABŞ bayrağındakı ulduzlardan biri deyil” sözləri ilə reaksiya verdi.

NOCOMMENT xəbər verir ki, Baydenin İsraildə kütləvi etirazlara və tətillərə səbəb olan məhkəmə tənzimləməsini tənqid etməsi, baş nazir Benyamin Netanyahudan sonra ifrat sağçı Ben-Qvirin də reaksiyasına səbəb oldu.

İsrail Ordusu Radiosuna danışan Ben-Qvir Baydenin “İsrail bu yola davam edə bilməz” tənqidinə belə cavab verib: “İsrail ABŞ bayrağındakı ulduzlardan biri deyil. Biz demokratik dövlətik və mən ABŞ prezidentinin bunu başa düşməsini gözləyirəm”.