Bərdədə bir ailənin 4 üzvü qaz sobasının tüstüsündən zəhərlənibbackend

Bərdədə bir ailənin 4 üzvü qaz sobasının tüstüsündən zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda bir ailənin 4 üzvü qaz sobasının tüstüsündən zəhərlənib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə dekabrın 4-də rayonun Səttarxan küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Qədirova Günel Habil qızı, onun övladı, 2005-ci il təvəllüdlü Zeynalova Güllü Rac qızı, gəlinləri – 1991-ci il təvəllüdlü Qədirova Sevinc Nurəddin qızı və onun övladı, 2011-ci il təvəllüdlü Qədirli Leyla Ayaz qızı yaşadıqları evdə yanan qaz sobasının tüstüsündən zəhərləndikləri üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Hazırda onların səhhətləri normaldır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.