“Azərbaycanın 5 erməni hərbçini Ermənistana təhvil verməsi humanistliyimizin və sözümüzə sadiqliyin bariz nümunəsidir”.
NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.
O, sentyabrın 8-də 5 erməni hərbçinin Ermənistana təhvil verilməsi faktına münasibət bildirib: “Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərdə kifayət qədər ciddi dəyişikliklər baş verməkdədir. Yenilik ondan ibarətdir ki, qısa zamanda müəyyən məsələlərlə bağlı razılığa gəlinəcək. Əlbəttə, prosesə xələl gətirmək istəyən qüvvələr az deyil. Amma artıq bölgədəki ümumi proseslərin dinamikliyinə heç kim əngəl ola bilməyəcək. Bu və ya digər şəkildə onsuz da əsas məqsədə çatılacaq”.
“Azərbaycanın 5 erməni hərbçini Ermənistana təhvil verməsi da humanistliyimizin və sözümüzə sadiqliyin bariz nümunəsidir. Artıq ABŞ və Aİ-dən dəstək mesajları da almışıq”, – deyə o əlavə edib.
Sərhəd təxribatlarına toxunan siyasi şərhçi deyib: “Ermənistan ordusunun təxribatları, əlbəttə, Azərbaycanın əleyhinə deyil, əksinə, Ermənistanın öz əleyhinədir. Azərbaycan suverenliyini ərazilərdən bərpa etməyə davam edəcək”.