Bəzi kişilərin nişan üzüyü taxmamağının səbəbi bu İMİŞbackend

Bəzi kişilərin nişan üzüyü taxmamağının səbəbi bu İMİŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi kişilər nişan üzüyünü sadəcə unutqanlıq və ya narahatlıq səbəbindən deyil, həm də peşə, imic və münasibətlərdəki problemlərə görə taxmırlar.

NOCOMMENT.az xəbər verir ki, araşdırmalara görə, mexanik, elektrik, cərrah kimi peşələrdə üzük taxmaq təhlükəli ola bilər. Üzük iş zamanı barmaq zədələnməsinə və ciddi travmalara səbəb ola bilər.

Digər səbəblər arasında dəri qıcıqlanması, allergiya, fiziki narahatlıq, barmaqlarda şişkinlik və kişinin ümumiyyətlə zinət əşyasına öyrəşməməsi göstərilir. Bəzi kişilər isə üzüyü köhnəlmiş sosial ritual hesab edir və münasibətin keyfiyyətinin simvolla deyil, real davranışlarla ölçüldüyünü düşünürlər.

Mütəxəssislər bildirirlər ki, evlilikdə gərginlik yarananda üzük taxmamaq bəzən emosional uzaqlaşmanın da əlaməti ola bilər.

Bundan başqa, bəzi kişilər üzüyü itirməkdən və ya zədələməkdən qorxduqları üçün onu yalnız xüsusi günlərdə taxmağa üstünlük verirlər.\\milli.az