Bəzi siyasi partiyaların ancaq adı və sədri var – YAP-çı deputatbackend

Bəzi siyasi partiyaların ancaq adı və sədri var – YAP-çı deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 milyonluq xalqın içindən 10 min nəfərin bir siyasi partiyaya üzvlüyülə bağlı tələb elə də ciddi rəqəm deyil”.

NOCOMMENT.az xəbər verir ki,bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisinin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Millət vəkili “Siyasi partiyalar haqqında qanun” layihəsinə ediləcək dəyişikliklər barəsində fikir bildirib.

C.Osmanov əlavə edib ki, ölkədə formalaşan yeni siyasi konfiqurasiya, o cümlədən yaranmış yeni reallıqlar, əlbəttə ki, siyasi sistemin təkmilləşdirilməsinə zərurət yaradıb:

“İlk növbədə, xüsusi qeyd etmək lazımdır ki, məhz siyasi sitemin təkmilləşdirilməsi üçün qanunvericilik bazasının da təkmilləşdirilməsinə ehtiyac vardır ki, bu baxımdan da, siyasi partiyalar haqqında yenin layihəsinin hazırlanmasının vacibliyini vurğulamaq lazımdır.

Bildiyiniz kimi, “Siyasi partiyalar haqqında qanun” 1992-ci ilin 3 iyun tarixində qəbul edilmişdir. O zaman müstəqlliyimizin yeni bərpa olunduğu ilə uyğun yeni bir qanun layihəsi hazırlanmışdır. Ondan sonra baxmayaraq ki, bir neçə dəfə əlavələr və dəyişikliklər olub, lakin ümumilikdə yeni reallıqlara uyğun siyasi sistemin təkmilləşdirilməsinə gətirib çıxaran yeni siyasi partiyalar haqqında qanun layihəsinin hazırlanmasına zərurət yaratmışdır”.

“Əlbəttə ki, xüsusi olaraq onu da vurğulamaq istəyirəm ki, “Siyasi partiyalar haqqında” qanun tam şəffaf və demokratik bir proseslə həyata keçirilir. Bildirim ki, Milli Məclisin saytında artıq qanun layihəsinin ilkin variantı icitmaiyyət üçün açıqdır. Eyni zamanda Milli Məclisinin plenar və komitə iclaslarında müzakirə etməzdən əvvəl də artıq sentyabrın 28-də Milli Məclisdə ictimai dinləmə təşkil olunacaq. Buraya da ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, ekspertlər, dövlət orqanlarının nümayəndələri və millət vəkillərinin iştirakı ilə geniş dinləmə keçiriləcək.

Onu da demək yerinə düşər ki, qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır. 20-dən çox ölkənin qanun layihəsi ilə tanışlıq olub və bu baxımdan, eyni zamanda Venessiya Komisisyasının siyasi partiyalar haqqında qərarına da uyğunlaşdırılmışdır”, – deyə vurğulayıb.

Deputat izah edib ki, bu, ilkin variantdır və irəli sürülən təkliflərdən sonra qanun layihəsində dəyişikliklər olacaq:

“Lakin bir sıra məqamlar var ki, indidən bəzi partiyalar yeni qanun layihəsini tamamilə fərqli bir məcrada istiqamətləndirmək niyyətini daşıyırlar.

Birincisi, qeyd etmək lazımdır ki, hər hansı bir siyasi partiya yarandıqda onun üzvləri də olmalıdır. Bəzi dairələrin 10 min üzv olmasıyla bağlı çox ciddi narahatlıqlar keçirdiyini görürük. Bu da açıq şəkildə onu göstərir ki, bəzi siyasi partiyaların sadəcə adı və onların sədri var. Onlar da fəaliyyətlərini yalnız sədr və ətrafında olan 5-10 nəfərlə aparırlar. Onlar düşünürər ki, hər hansı bir rəy söyləməyi siyasi partiyanın fəaliyyəti kimi qiymətləndirmək olar. Lakin tam əksinə, siyasi partiyalar, əlbəttə ki, seçkilərdə iştirak etməlidir, üzvlərinin sayına görə formalaşmalıdır. Əgər siyasi partiyasıdırsa, əlbəttə ki, 10 milyonluq xalq içində 10 min nəfər bir siyasi partiya üçün elə də böyük və ciddi bir rəqəm deyil. Lakin bəzi dairələri bu, artıq formada qıcıqlandırmağa başlayıb. Görünür, onların açıq şəkildə göstəricisi ondan ibarət olur ki, bu günə kimi ətraflarında hər hansı bir sosial baza formalaşdıra biməyiblər”.

YAP-çı deputat bəyan edib ki, siyasi partiyanın fəaliyyətini yalnız və yalnız sədrin və onun müavinlərinin hansısa “YouTube” kanallarında, saytlarda, yaxud sosial şəbəkələrdə çıxışı ilə qiymətləndirmək səhvdir:

“Bu, siyasi partiyanın tam göstəricisi ola bilməz. Onlar konkret fəaliyyət göstərməlidirlər, siyasi partiyanın ən əsas göstəricilərindən biri də seçkilərdə iştirak etməkdir. Kimsə seçkilərdən boykot adı altında imtina edirsə, bu, əslində, onu göstərir ki, həmin partiyaların ümumilikdə sosial bazası yoxdur. Elə 10 min məsələsinə qıcıqlanan da həmin dairələrdir.

Son olaraq onu əlavə etmək istəyirəm ki, müzakirələrdən sonra layihənin özündə də müəyyən dəyişikliklər olacaq”.