Bill Qeytsdən koronavirus açıqlaması – “Bu israfdan başqa bir şey deyil”backend

Bill Qeytsdən koronavirus açıqlaması – “Bu israfdan başqa bir şey deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən varlı insanlarından biri Bill Qeyts dünyaya təsir edən koronavirus haqqında sürpriz açıqlamalar verib.

NOCOMMENT.az xəbər verir ki, “Microsoft” qurucusu, Bill və Melinda Qeyts Fondunun həmsədri Bill Qeyts koronavirus testlərinin nəticələrinin gec çıxmasına görə testlərin “israfdan başqa bir şey olmadığını” söyləyib.

CNBC Televiziyasına açıqlama verən Qeyts, virusu daşıyan insanların xəstəliyi başqalarına yoluxdurmaması üçün nəticələrin daha tez çıxmasının lazım olduğunu bildirib.

“Nəticələri üç gün ilə bir həftə arasında bəlli olan test üçün pul ödəmək dəlilikdir”

ABŞ Səhiyyə nazirinin köməkçisi Brett Qiroir də test nəticələrinin gec çıxdığını etiraf edib: “Nəticələri 24 saat ərzində əldə edə bilməliyik. Ancaq hələ o nöqtədə deyilik” dedi.

Qeyts Bloomberg-ə verdiyi açıqlamasında isə koronavirusun dünyaya trilyon dollara başa gələcəyini də bildirib.

Həyat yoldaşı ilə birlikdə qurduğu fond adından bugünədək 300 milyon dollar ianə etdiyini vurğulayan Qeyts virusa qarşı peyvəndin 12 aydan tez çıxmayacağını əlavə edib.