Binəli Yıldırım və Şamil Ayrımın son durumu açıqlanıbbackend

Binəli Yıldırım və Şamil Ayrımın son durumu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Ömər Çelik Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayaraq xəsarət alan AKP sədrinin müavini Binəli Yıldırım və hakim partiyanın İstanbuldan olan millət vəkili Şamil Ayrımın səhhəti ilə bağlı son məlumatı açıqlayıb.

Bu barədə NOCOMMENT türk mətbuatına istinadən xəbər verir.

“Hörmətli Yıldırım və deputatımızın səhhəti yaxşıdır. Həkimlər bildirib ki, həyatları üçün təhlükə yoxdur. Ehtiyat tədbiri olaraq bir müddət Azərbaycanda qalacağıq. Türkiyədən təcili yardım təyyarəsi yola düşüb. Bir neçə saat sonra burada olacaq”, – deyə Ömər Çelik bildirib.