Bir tərəfində Əliyev, digər tərəfində Ərdoğan – Erməniləri şoka salan FOTObackend

Bir tərəfində Əliyev, digər tərəfində Ərdoğan – Erməniləri şoka salan FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kraliça II Elizabetin vəfatından sonra oğlu Çarlzın Böyük Britaniya taxtında əyləşməsi erməniləri narahat edib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, ermənilərin bu narahatlığını Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Kazaryan sosial şəbəkədə dilə gətirib.

Sabiq səfir yeni kralın Türkiyə ilə isti əlaqələrinə diqqət çəkib.

Kral III Çarlzın bir neçə il əvvəl Çanaqqalada Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə çəkilmiş fotosunu paylaşan Kazaryan qeyd edib: “Kraliçanın ölümündən sonra Böyük Britaniya taxtına 2015-ci il aprelin 24-də – erməni soyqırımının 100-cü ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə hərbi geyimdə Çanaqqala döyüşünün 100-cü ildönümünə həsr olunmuş şənliklərdə iştirak edən şəxs oturacaq. O vaxt sabiq prezident Armen Sarkisyan Ermənistanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri olub”.

Kraliça II Elizabetin böyük oğlu, Uels şahzadəsi Çarlz anası vəfat etdikdən sonra Britaniyanın yeni kralı olub. Kralın mətbuat xidməti onun III Çarlz adını aldığını bildirib.