BMT baş katibinin müavini Sudana GEDİRbackend

BMT baş katibinin müavini Sudana GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda sürətlə pisləşən humanitar böhranla əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Fövqəladə Yardım Koordinatoru və Baş Katibin Humanitar Məsələlər üzrə müavini Martin Qriffitsi bölgəyə göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik yazılı açıqlama verib.

“Sudanda humanitar böhranın sürətlə pisləşməsi ilə əlaqədar Baş Katib təcili yardım üzrə koordinator və humanitar məsələlər üzrə baş katibin köməkçisi Martin Qriffitsi göndərir. Vəziyyətin miqyası və sürəti həm Sudan xalqı, həm də bütövlükdə region üçün fövqəladə və uzunmüddətli narahatlıq doğurur” deyə açıqlamada qeyd edilib.

NOCOMMENT.AZ