BMT Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıbbackend

BMT Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Minalanmış ərazilərlə əlaqədar məlumatları paylaşmaq üçün tərəflər arasında vasitəçilik etmişik. Bununla bağlı işimiz hazırda da davam edir. Ermənistan tərəfinə də çağırışlar edilir”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.

O bildirib ki, minalanmış ərazilərin xəritəsi çox vacib məlumat mənbəyidir: “Bununla da iş bitmir. Suyun, yağıntının təsiri ilə minaların yerdəyişməsi problemi də var”.