BMT-nin baş katibindən yoxsulluq təhlükəsi barədə XƏBƏRDARLIQbackend

BMT-nin baş katibindən yoxsulluq təhlükəsi barədə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı münaqişə 1,7 milyard insanı yoxsulluq təhlükəsi ilə üz-üzə qoyur.

NOCOMMENT.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

“Ukraynadakı hərbi münaqişə kənd təsərrüfatı məhsullarının və enerji resurslarının qlobal ixracına mane olur, yaşayış minimumunun kəskin artmasına gətirib çıxarır ki, bu da sadə vətəndaşlar üçün ən mənfi nəticələrə çevrilir”, – deyə baş katib qeyd edib.

Quterreşin fikrincə, böhrandan çıxmaq üçün varlı dövlətlər kasıb ölkələrə maliyyə yardımı göstərməlidir. Bununla da Yer kürəsinin sakinləri arasında vəsaitlərin ədalətli bölüşdürülməsini təmin olunacaq.