BMT-nin beynəlxalq dəstək üçün MÜRACİƏTİbackend

BMT-nin beynəlxalq dəstək üçün MÜRACİƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının humanitar yardım və qaçqın agentlikləri Sudanda bir il davam edən münaqişədən sonra mülki şəxslərə 4,1 milyard dollar beynəlxalq dəstək üçün müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, qaçqınlar üzrə agentliyik və BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin birgə müraciətində Sudan əhalisinin yarısının, yəni 25 milyona yaxın insanın dəstək və müdafiəyə ehtiyacı olduğu bildirilib.

Onlar tələb olunan vəsaitin Sudandakı və xaricə qaçan milyonlarla mülki şəxsə yardım üçün gedəcəyini qeyd ediblər.

Xatırladaq ki, ötən il Sudanda hərbi komandir general Əbdül-Fəttah Burhan ilə Hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin komandiri general Məhəmməd Daqalo arasında artan gərginlikdən sonra aprelin ortalarında paytaxt Xartumda və ölkənin digər yerlərində açıq döyüşlər baş verib.