BOK rusların Olimpiadada iştirak edə biləcəyi idman növlərini açıqlayıbbackend

BOK rusların Olimpiadada iştirak edə biləcəyi idman növlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dörd idman növü üzrə vəsiqə qazandığını bildirib. Bu barədə “RBK Sport” məlumat yayıb.

“Hazırda fərdi neytral idmançılar Parisdə keçiriləcək Yay Oyunları üçün 11 kvota alıblar: altısı güləş, üçü velosiped, biri avarçəkmə və biri üzgüçülük”, – Beynəlxalq Olimpiya Komitəsi bildirib.

BOK Oyunlar üçün seçilmiş idmançıların adlarını açıqlamaqdan imtina edib, çünki ruslar və belaruslar neytral statusda yarışmaq üçün hələ də əlavə icazə almayıblar.