Olimpiya çempionunun 2024-cü il Olimpiya Oyunlarının seçimində iştirakına icazə verilməyibbackend

Olimpiya çempionunun 2024-cü il Olimpiya Oyunlarının seçimində iştirakına icazə verilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Olimpiya Komitəsi (BOK) sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Əbdülrəşid Sadulayevə 2024-cü il Oyunlarına vəsiqə qazanmağa icazə verməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Növbəti psevdo-yoxlamadan sonra BOK beynəlxalq yarışlarda iştirakına icazə verilməyənlərin yeni siyahılarını dərc edib. Əbdülrəşid Sadulayevin də onların içində olduğu ortaya çıxdı”, – mesajda deyilir.

Fevralda Rumıniya sərhədçiləri Əbdülrəşid Sadulayevi sərbəst güləş üzrə Avropa çempionatında iştirak etmək üçün ölkəyə buraxmayıblar.

27 yaşlı Sadulayev Rio-de-Janeyro və Tokioda keçirilən Olimpiya Oyunlarının qalibidir. O, həm də dördqat Avropa çempionu, beşqat dünya çempionu və dünya kubokunun qalibidir.