Boksçuların 2028-ci il Oyunlarına buraxılması ilə bağlı ultimatumu biabırçılıq adlandırılıbbackend

Boksçuların 2028-ci il Oyunlarına buraxılması ilə bağlı ultimatumu biabırçılıq adlandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Boks Assosiasiyası (ABB) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ABB-yə üzv olan milli federasiyaların idmançılarının 2028-ci il Yay Olimpiya Oyunlarında iştirakının qadağan ediləcəyi ilə bağlı açıqlamasını tamamilə biabırçılıq adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, ABB-nin müvafiq bəyanatı qurumun rəsmi saytında dərc olunub.

“Bu, onların təbliğ etdikləri idmana və dürüstlüyə sadiqliyin olmamasının bariz təzahürüdür. Bu, ikili standartlar və qərəzli bəyanatdır ki, bu da bizə BOK-un əsl simasını bir daha göstərir”, – bəyanatda deyilir.

ABB-nin rəhbəri rusiyalı Umar Kremlevdir.