Borrell Aİ-nin genişlənməsi üçün bir tarix təyin etməyi xahiş etdibackend

Borrell Aİ-nin genişlənməsi üçün bir tarix təyin etməyi xahiş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell siyasi prosesin sürətlə başlaması üçün Aİ-nin genişlənməsi üçün tarixin müəyyən edilməsinin tərəfdarı olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Avropa Birliyinə (AB) dönəm sədrliyi edən İspaniyanın ev sahibliyi ilə Toledoda keçirilən AB Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısından sonra mətbuata açıqlama verən Borrell, “Ukraynanın Qərbi Balkanlar kimi tez bir zamanda AB-yə üzv olması lazımdır” deyə qeyd edib.

Borrell qeyd edib ki, Avropa Şurasının sədri Çarlz Mişelin də dediy kimi Aİ-nin uzaqgörənliyi və genişlənmə tarixinin müəyyən edilməsi prosesdə siyasi impuls əldə etmək baxımından müsbət olacaq.

“Bu, həm bizim, həm də üzv dövlətlər üçün yaxşı olacaq və enerjimizi səfərbər edəcək. Biz Aİ-nin daha 10 üzvünə təsir edə biləcək sövdələşməyə hazır olmalıyıq. Xüsusən də Ukrayna, çünki onun böyük dəstəyə ehtiyacı var” deyə Borrell ifadə edib.

NOCOMMENT.AZ