Tramp Baydenin siyasətini “faşist rejim” adlandırıbbackend

Tramp Baydenin siyasətini “faşist rejim” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin 45-ci prezidenti Donald Tramp indiki Amerika lideri Cozef Baydenin administrasiyasını immiqrasiya siyasətinə görə “faşist rejim” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, Tramp Viskonsin ştatında Baydenin miqrasiya siyasətini belə şərh edib:

“Baydenin qeyri-qanuni miqrantlar üçün amnistiyası Amerika demokratiyasına birbaşa hücumdur. Həmçinin konstitusiya sistemimizi necə məhv etdiyini, onu korrupsioner və faşist rejimlə əvəz etdiyini göstərən başqa bir nümunədir. Bunlar faşistlərdir. Bunlar pis insanlardır”.

Bundan əvvəl CBS telekanalı mənbələrə istinadən məlumat verib ki, Ağ Ev administrasiyası ölkədə zəruri sənədlər olmadan yaşayan yüz minlərlə miqrantlara hüquqi status vermək niyyətindədir.

Qeyd edilib ki, tədbir ən azı 10 il ABŞ-da yaşayan və Amerika vətəndaşları ilə evli olan qeyri-qanuni miqrantlara şamil olunacaq. Onlara iş icazəsi və deportasiyadan qorunmağa zəmanət veriləcək.