Braziliyada daşqınlar həyatı iflic edibbackend

Braziliyada daşqınlar həyatı iflic edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 75-ə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Agentliyinin son hesabatında qeyd edilib.

Məlumata görə, azı 103 nəfər itkin düşüb, 107 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. Yağışlar və qasırğadan 780 mindən çox sakin zərər çəkib.

Minlərlə insan helikopterlərlə xilas olunmaq ümidi ilə evlərini qayıqlarla tərk etmək və ya damlara çıxmaq məcburiyyətində qalıb.