Böyük Britaniya mart ayında britaniyalı diplomatın Rusiyadan çıxarılmasına cavab olaraq rusiyalı diplomatın akkreditasiyasını ləğv edib. Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
NOCOMMENT.az xəbər verir ki, London konkret hansı diplomatın persona-non-qrata elan edildiyini hələlik açıqlamayıb. Britaniya XİN vəziyyət gərginləşəcəyi təqdirdə “qətiyyətli və mütənasib cavab” veriləcəyini bəyan edib.
Rəsmi Moskva mart ayında Böyük Britaniyanın Rusiyadakı səfirliyinin ikinci katibi Yanse Cerardusu ölkədən çıxarıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) britaniyalı diplomatın kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu və Rusiya iqtisadiyyatının vəziyyəti barədə məlumat toplamağa çalışdığını iddia etmişdi. London isə bu ittihamları əsassız adlandıraraq, diplomatik müstəvidə qarşılıqlı addım atacağını istisna etməmişdi.
Sara,
NOCOMMENT.az









