Britaniya Rusiyanın dondurulmuş aktivlərinin 895 milyon avrosunu Ukraynaya veribbackend

Britaniya Rusiyanın dondurulmuş aktivlərinin 895 milyon avrosunu Ukraynaya verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərindən 895 milyon avronu tranş qismində Ukraynanın hesabına köçürüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Baş nazir Denis Şmıqal açıqlayıb.

O deyib ki, həmin vəsait ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönləndiriləcək.

Hökumət rəhbəri gələcəkdə Rusiyanın aktivlərinin tam həcmdə müsadirə olunaraq, ölkəsinə veriləcəyinə inam ifadə edib.