Britaniya Türkiyəyə qoyduğu bu qadağanı LƏĞV ETDİbackend

Britaniya Türkiyəyə qoyduğu bu qadağanı LƏĞV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Türkiyəyə hərbi sənaye məhsullarının ixrac qadağasını ləğv edib.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir deyib.

Qeyd edək ki, Böyük Britaniya 2019-cu ildə Türkiyəyə silah və digər hərbi sənaye məhsullarının ixracına lisenziya verilməsini dayandırmışdı.

Bu qərar Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatlarla əlaqədar qəbul edilmişdi.