Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev sosial şəbəkə hesabında rəhbərlik etdiyi qurumun uğuru ilə bağlı təbliğat paylaşımı ilə gündəmə gəlib.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, Anar Nağıyev BSU-nun ilk dəfə olaraq RUR (Round University Ratings) reytinqi sıralamasında yer aldığını bildirib.
“Reytinqin ən mühüm komponenti olan tədrisin təşkili mexanizmi üzrə isə dünya sıralamasında 808-ci, Azərbaycan sıralamasında 5-ci yerdə qərarlaşmışıq”, – rektor bildirib.
Rektorun elə özünün əlavə etdiyi skrində isə BSU-nun “dünya universitetləri sıralamasında 1098-ci, Azərbaycan universitetləri üzrə isə 6-cı” olduğu görünür.
Qeyd edək ki, Round University Ranking (RUR) — ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsini aparan reytinq sistemidir. Rusiya mərkəzli olan bu reytinq sistemi 2010-cu ildən fəaliyyət göstərir. Round University Ranking dörd əsas göstərici qrupu – tədris, tədqiqat, beynəlmiləlləşmə, maliyyə dayanıqlığı üzrə universitetləri qiymətləndirir. 2025-ci il üçün RUR reytinqində ümumilikdə 1244 universitet sıralanıb. Ölkəmizdən isə aşağıdakı universitetlərin adı bu siyahıda yer alıb.
-Bakı Dövlət Universiteti – dünya üzrə 825-ci, Azərbaycan üzrə 1-ci yer;
– Azərbaycan Dövlət İqtisad Universiteti – dünya üzrə 855-ci, Azərbaycan üzrə 2-ci yer;
-Bakı Ali Neft Məktəbi – dünya üzrə 963, ölkə üzrə 3-cü yer;
– Azərbaycan Universiteti – dünya üzrə 970-ci, Azərbaycan üzrə 4-cü yer;
-Qərbi Kaspi Universiteti – dünya üzrə 1040-cı yer, Azərbaycan üzrə 5-ci yer;
– Bakı Slavyan Universiteti – dünya üzrə 1098-ci, Azərbaycan üzrə 6-cı yer;
– Azərbaycan Turizm və Menecment Universiteti – dünya üzrə 1114, Azərbaycan üzrə 7-ci yer;
– Azərbaycan Texnologiya Universiteti – dünya üzrə 1117, Azərbaycan üzrə 8-ci yer;
– Azərbaycan Memarlıq və İnşaat Universiteti – dünya üzrə 1139, Azərbaycan üzrə 9-cu yer;
– Azərbaycan Texniki Universiteti – dünya üzrə 1147, Azərbaycan üzrə 10-cu yer;
– Azərbaycan Dövlət Aqrar Universiteti – dünya üzrə 1148, Azərbaycan üzrə 11-ci yer;
– Naxçıvan Dövlət Universiteti – dünya üzrə 1159, Azərbaycan üzrə 12-ci yer;
– Bakı Biznes Universiteti – Dünya üzrə 1164-cü, Azərbaycan üzrə 13-cü yer;
– Gəncə Dövlət Universiteti – dünya üzrə 1172-ci, Azərbaycan üzrə 14-cü yer.
– Sumqayıt Dövlət Universiteti – dünya üzrə 1212, Azərbaycan üzrə 15-ci yer