Xırdalan şəhərində güclü yanğın hadisəsi baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, ərazidən qatı duman kütləsi yüksəlməkdədir.
NOCOMMENT.az xəbər verir ki, alovun Xırdalan şəhərində yerləşən “Riyad” Ticarət Mərkəzində qeydə alındığı iddia edilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Hazırda yanğının söndürülməsi və alovun ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində operativ tədbirlər davam etdirilir. Hadisənin dəqiq səbəbləri və xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur.
Əlavə məlumat veriləcək.
Sara









