Bu 5 hərəkət yaddaşınızı möhkəmlədə bilərbackend

Bu 5 hərəkət yaddaşınızı möhkəmlədə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əgər deyəcəyiniz sözü yadınızdan çıxarırsızsa, bu yaddaşda zəifləmənin əlamətidir və buna qarşı hərəkətə keçmək lazımdır.
NOCOMMENT Medicina-ya istinadən xəbər verir ki, bunun üçün davamlı və sadə hərəkətlər var.
Birinci qayda – danışmaqdır. Hərəkətlərinizi səsləndirməyə çalışın. Bir yerə getməzdən əvvəl istiqaməti və məqsədi yüksək səslə söyləyin. Məsələn: “Telefonumu götürmək üçün yataq otağına gedirəm”. Bu, düşüncələrinizi bədəninizə uyğunlaşdırır və qısamüddətli yaddaşı yaxşılaşdırır.
İkinci qayda – qoxudur.
Britaniya alimləri deyirlər ki, uşaqlıq illərinə aid olan əşyaları iyləmək beynin yaddaş mərkəzlərinin blokunu açmağa kömək edir. Bu, fotoşəkillərə baxmaqdan daha səmərəlidir. Resept sadədir: lazımi əşyanı götürün, gözlərinizi bağlayın və qoxulayın.
 
Üçüncü qayda – işığı tapın.
Miçiqan Dövlət Universitetində aparılan təcrübə zamanı işığın beynin hipokampusunu stimullaşdırdığını və bunun da zehni qabiliyyəti tez bir zamanda yaxşılaşdırdığını müəyyən ediblər. Bunun üçün həm təbii (günəş), həm də süni (çıraq) işıqlandırma uyğun gəlir.
 
Dördüncü qayda – topu əlinizdə saxlamaqla məşq edin.
Xatırlamaq istədiyiniz bir şeyi oxuduğunuz zaman sağ əlinizdə kiçik bir top tutun. Araşdırmalar göstərir ki, sağ əli sıxmaq beynin qısamüddətli yaddaş mərkəzi olan sol yarımkürəsini aktivləşdirir. Lazım olan məlumatları daha sonra xatırlamaq üçün sol əlinizi sıxın. Bu, beynin sağ yarımkürəsini işə salacaq və öyrəndiklərinizi xatırlamağınız lazım olduğuna dair bir siqnal verəcəkdir.
Top məşqləri:
  • Barmaqlarınızı bir yerdə tutaraq, masaj topunu ovuclarınız arasında yuxarı və aşağı yuvarlayın.
  • Topu ovuclarınız arasında dairəvi hərəkətlə yuvarlayın.
  • Barmaq ucları ilə topu götürün. Barmaqlarınızla sürüşdürün, onu sizdən uzaqlaşdırın.
  • Topu hər iki əlin barmaqlarının ucu ilə tutun və 4-6 dəfə sıxın.
  • Topu iki əlinizlə götürün, 20-30 sm hündürlüyə atın və tutun. Bir neçə dəfə təkrarlayın.
  • Topu ovuclarınızla tutun, barmaqlarınızı topun üzərində kilidə sıxın, dirsəklərinizi yanlara açın. Topa 4-6 dəfə basın.