Bu gün Qız Qalasının işıqları söndürüləcəkbackend

Bu gün Qız Qalasının işıqları söndürüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün axşam Qız Qalasının işıqları söndürüləcək.

NOCOMMENT.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, saat 20:30-dan 21:30-a qədər “Yer saatı” ekoloji aksiyasına qoşulmaq üçün bu addım atılacaq.

Belə ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir. Aksiya çərçivəsində binaların fasad işıqları söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edir.

Bu il Bakının bir çox tanınmış tikililərin fasad işıqları 1 saatlıq söndürülərək aksiyaya qoşulacaqlar.