Bu gün Trampın məhkəməsi başlayırbackend

Bu gün Trampın məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Bu gün Nyu-Yorkda ABŞ-da onlarla ittihamla üzləşən keçmiş prezident Donald Trampın mülki fırıldaqçılıq məhkəməsi başlayır.

NOCOMMENT.az xəbər verir ki, Tramp dünən Truth sosial media platformasında verdiyi açıqlamada “Adım və reputasiyama görə mübarizə aparmaq üçün sabah səhər məhkəməyə gedəcəyəm” deyə qeyd edib.

Nyu York Ştat Məhkəməsinin hakimi Artur Enqoron keçən həftə Trampın və onun ailə şirkətinin bankları, sığorta şirkətlərini və digər biznes həmkarlarını aktivlərinin dəyərini həddən artıq qiymətləndirərək aldatdığına qərar verib. Nyu York Əyalət Məhkəməsindən verilən açıqlamada Trampın və onun adına çalışan rəhbərlərin illik maliyyə vəziyyətləri barədə yalan danışaraq əlverişli kreditlər və aşağı sığorta haqqı əldə etdikləri bildirilib.

Tramp mövzu ilə bağlı açıqlamasında hakimin Palm Beachdəki Mar-a-Laqo malikanəsini 18 milyon dollar dəyərində qiymətləndirdiyini, lakin malikanənin real dəyərinin bundan 50-100 dəfə çox olduğunu bildirib. Aktivlərində qiymətləndirilən dəyəri seçkiyə müdaxilə məqsədi daşıyan “fırıldaqçılıq” olaraq xarakterizə edən Tramp açıqlamasında “Bazar ertəsi səhəri məhkəmədə görüşərik” ifadəsini işlədib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Nyu-Yorkun baş prokuroru Letitia James tərəfindən irəli sürülən  ittihamda Tramp, onun uşaqları, Trump Organization və bəzi rəhbər şəxslər bankda daha yaxşı kommersiya şərtləri əldə etmək üçün 10 il ərzində aktivlərinin dəyərini həddən artıq qiymətləndirməkdə və dezinformasiya verməkdə günahlandırılıblar. İttihamnamədə Trump-ın Floridadakı Mar-a-Laqo malikanəsi, Manhettendəki Trump Tower-dəki penthaus mənzili və dəyərləri şişirdilmiş aktivlər arasında müxtəlif ofis binaları və qolf meydançaları var.

Sözügedən işdə ittiham tərəfi Tramp və oğulları Kiçik Donald üçün ən azı 250 milyon dollar cərimə tələb edib. Erik Trampın Nyu-Yorkda biznes fəaliyyətinə qadağa qoyulmasına, həmçinin Tramp və şirkətinə 5 illik kommersiya daşınmaz əmlakına qadağa qoyulmasına çağırış edib.