Bu günlərdə Xankəndidə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq – Fəzail Ağamalıbackend

Bu günlərdə Xankəndidə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq – Fəzail Ağamalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bununla bağlı separatçıların “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” imzalayıb.

“2024-cü ilin yanvarın 1-nə qədər bütün dövlət təşkilatları və müəssisələri buraxılır və Dağlıq Qarabağ Respublikası öz mövcudluğunu dayandırır”, – deyə məlumatda qeyd olunub.

Eyni zamanda Qarabağ bölgəsindəki separatçıların keçmiş “xarici işlər naziri” David Babayan Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olmaq üçün Şuşaya yollanıb.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycanın növbəti qələbəsi, qondarma qurumun özünü buraxması ilə bağlı Milli Məclisin deputatı Fəzail Ağamalı redaktor.aza danışıb.

Deputat dedi ki, David Babayan gəlib artıq Şuşadadır:

“Qondarma rejimin özünü buraxması gözlənilən idi. Sentyabr ayının 20 -də Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin çox böyük qəhrəmanlıqla, həm də zərgər dəqiqliyi ilə həyata keçirmiş olduğu antiterror əməliyyatı uğurla başa çatdı. Bu əməliyyat uzun illər boyu Azərbaycanda fəaliyyət göstərən separatçı xunta rejiminin fəaliyyətinə son qoydu. Ondan sonra təbii ki, gözlənilən idi ki, onlar özlərinin fəaliyyətinə son qoyacaqlar. Bunun başqa variantı da yox idi. Azərbaycanın çox böyük tarixi qələbəsidir, beləliklə, uzun illərdən bəri millətimizə və ölkəmizə çox böyük pisliklər gətirən erməni faşist düşüncələrini bütün fəaliyyətlərində daşıyan, ona əməl edən bu iblis yuvası darmadağın edildi. Artıq Azərbaycan özünün idarəçilik sistemini tədricən orada yaradacaqdır. Bu günlərdə Ağdərədə olduğu kimi Xankəndidə də Azərbaycanın üçrəngli bayrağı dalğalanacaqdır. Bütün yaşayış məntəqələrində, bütün Qarabağ ərazisində Azərbaycanın suveren hüquqları bərpa olunacaq. Ona görə mən bütün xalqımızı təbrik edirəm, gözaydınlığı verirəm, cənab Prezidentə dərin təşəkkürümü bildirirəm, Silahlı Qüvvələrimizə dərin təşəkkürümü bildirirəm. Şəhidlərə uca Tanrıdan rəhmət diləyirəm, ruhları şad olsun. Yəqin ruhları da şaddır ki, artıq bu iblis yuvası darmadağın edildi. Yaralanan, qazi olan soydaşlarımıza Allahdan can sağ arzulayıram, şəfa diləyirəm”.