Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatdı – FOTObackend

Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatdı – FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamın Xıdırlı kəndinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu mərhələdə Ağdamın Xıdırlı kəndinə 91 ailə 366 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***09:25

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, bu gün yenidən qurulan Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanı yola salınıb.

NOCOMMENT.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 91 ailə – 366 nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə isə 17 ailə – 83 nəfər köçürülüb.