Bu məhdudiyyət aradan qaldırıldıbackend

Bu məhdudiyyət aradan qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkili borclu vergi ödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyətin aradan qaldırıldığını bildirib:

“Bu hal Vergi Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib. Bu məhdudiyyətin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan bu dəyişiklik mütərəqqi addımdır”.