“Bu, müharibə deməkdir” – Türkiyəyə qarşı ağlasığmaz həmləbackend

“Bu, müharibə deməkdir” – Türkiyəyə qarşı ağlasığmaz həmlə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis İon dənizindəki qitə şelfini 6 mildən 12 milə qədər artırmağa hazırlaşdıqlarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, yunan baş nazir bu barədə İtaliya və Misirlə imzalanmış sazişlərin parlamentdəki müzakirəsi zamanı danışıb.

O, hökumətin İon dənizindəki ərazi sularını 12 dəniz milinə qədər artıracaq bir qanun layihəsi təqdim edəcəyini söyləyib: “İon dənizi Yunanıstanın qərb sahilləri ilə İtaliya arasında qalır”.

Miçotakis bu qərarın Dəniz Hüquq Konvensiyasının 3-cü maddəsinə uyğun olaraq verildiyini bildirib.

Məsələyə münasibət bildirən Türkiyənin təhlükəsizlik eksperti Abdullah Ağar deyib ki, eyni qərar Egey dənizində tətbiq edilsə, bu, müharibəyə səbəb sayılacaq: “Yunanıstan indi də 12 mil kartını masaya atdı. Bu, müharibə elanı deməkdir”.
Teleqraf.com