Bu ölkə son on ildə ilk dəfə Rusiyadan neft alacaqbackend

Bu ölkə son on ildə ilk dəfə Rusiyadan neft alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın dövlət neft-qaz şirkəti Pertamina sentyabr tenderinə Rusiya neftinin bir neçə çeşidini daxil edib.

Qeyd olunur ki, ölkə sonuncu dəfə Rusiya Federasiyasından bu cür məhsul alışını 10 ildən çox əvvəl həyata keçirib.

Birinci payız ayının ortalarında Pertamina “Ural” və “Sokol” markalı neft almaq niyyətindədir. Materialda tenderlərin nəticələri təqdim edilmir.

İndoneziya Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Hələ 2022-ci ildə dövlət başçısı Coko Vidodo Rusiyadan karbohidrogenlərin alışını bərpa etmək planlarını açıqlayıb və qeyd edib ki, daxili bazarda enerji qiymətlərinin artımını cilovlamaq üçün belə idxalın yaradılması zəruridir.

İyulun ortalarında məlum olub ki, Rusiya neftinin dəniz vasitəsilə tədarükünün orta həcmi 2024-cü ilin yanvarından bəri ən aşağı həddə, sutkada 3,1 milyon barelə düşüb. KİV yazır ki , ölkə daxilində neft emalı həcmlərinin artması fonunda göstərici aprel zirvəsindən 0,6 milyon barel geriləyib .