Bu ölkədə 131 milyon avroluq COVID-19 peyvəndi və tibbi ləvazimat məhv ediləcəkbackend

Bu ölkədə 131 milyon avroluq COVID-19 peyvəndi və tibbi ləvazimat məhv ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika hökuməti COVID-19 pandemiyası zamanı vaxtı keçmiş 131 milyon avroluq vaksin və tibbi ləvazimatları məhv edəcək.

NOCOMMENT.az xəbər verir ki, yerli mediada yayılan xəbərlərə görə, peyvəndin miqdarı 3,5 milyon doza olub ki, bu da Belçikanın indiyədək almağı planlaşdırdığı 54 milyon dozanın 6,5 faizinə bərabərdir.

Bildirilib ki, məhv ediləcək vaksinlər virusun ilk variantına qarşı ilk istehsal və inkişaf etdirilən peyvəndlərdir.

Vaksinlərlə yanaşı, istifadə müddəti bitmiş, standartlara uyğun gəlməyən bir çox test dəstləri və maskaların da məhv ediləcəklər arasında olduğu qeyd edilib.

Tibbi ləvazimat və peyvəndlərlə yanaşı, 131 milyon avroluq məhsul məhv ediləcək.