Bu ölkədə COVID-19 dövründə tətbiq edilən cərimələrin bir hissəsi geri qaytarılacaqbackend

Bu ölkədə COVID-19 dövründə tətbiq edilən cərimələrin bir hissəsi geri qaytarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyanın Aşağı Avstriya əyalətində sağ mərkəzçi Xalq Partiyası (ÖVP) və ifrat sağçı Azadlıq Partiyası (FPÖ) hökuməti COVID-19 ilə mübarizə tədbirlərinə əməl etməməyə görə cərimələrin bir hissəsini geri qaytaracaq.

NOCOMMENT.az xəbər verir ki, Aşağı Avstriya əyalətinin prezidenti Yohanna Mikl-Leitner mətbuata verdiyi açıqlamada epidemiya prosesi üçün təxminən 31 milyon avro fond yaradıldığını bildirib.

Mikl-Laytner fondun virusun yaratdığı problemlərin aradan qaldırılması – epidemiya prosesi zamanı psixoloji problemləri olan insanların müalicəsi və “uzun müddət ərzində COVID-19 sindromundan əziyyət çəkən” xəstələrin reinteqrasiyası üçün yaradıldığnı bildirib.

Mikl-Leitner Aşağı Avstriya əyalətində 700 nəfərə təxminən 200 min avro ödəniləcəyini, bu da yaradılan fondun yüzdə 0,7-nə bərabər olduğunu açıqlayıb.

NOCOMMENT.AZ