Bu ölkədə işə velosipedlə gedənlərə pul veriləcəkbackend

Bu ölkədə işə velosipedlə gedənlərə pul veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada bu gündən işə velosipedlə gedənlər üçün hər kilometrə görə 0,27 avro müavinət məcburi olub.

NOCOMMENT.az xəbər verir ki, Belçikada Milli Əmək Şurası çərçivəsində işəgötürənlərlə işçi nümayəndələri arasında razılaşma ilə işə velosipedlə gedənlərə velosiped pulu verilməsi məcburi olub.

Bir işçinin gündəlik velosiped pulu 40 kilometrdən çox ola bilməz. Beləliklə, velosiped pulu gündə 10,8 avro ilə məhdudlaşdırılacaq.

Yeni tətbiq ilə ölkədə velosipeddən istifadənin daha da genişlənəcəyi gözlənilir.

NOCOMMENT.AZ