Bu ölkədə Rusiya nömrəli avtomobil müsadirə edildibackend

Bu ölkədə Rusiya nömrəli avtomobil müsadirə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvada ilk dəfə Rusiya nömrəli avtomobil müsadirə olunub.

NOCOMMENT.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, müsadirə olunan avtomobil təqribən 42 min avro dəyərindədir. Sürücü qadağa barədə məlumatı olmadığını bildirib. Onun barəsində inzibati hüquq pozuntusuna dair protokol tərtib olunub.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Litva hökuməti Rusiya qeydiyyat nömrəli avtomobillərin 2024-cü il martın 11-dək Litvada yenidən qeydiyyatdan keçirilməli və ya ölkəni tərk etməli olduğunu bildirib. Əks təqdirdə bu cür avtomobillərin müsadirə olunacağı deyilib. Kalininqraddan tranzit yolu ilə keçən avtomobillər üçün istisna nəzərdə tutulub. Müsadirə olunan avtomobillərin Ukraynaya verilə biləcəyi qeyd olunub.