Bu ölkədə “Zoom”la evlənməyə icazə verildibackend

Bu ölkədə “Zoom”la evlənməyə icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ədliyyə Nazirliyi müharibə dövründə nikah prosedurunu sadələşdirib və nikahı onlayn qaydada – “Zoom” proqramı vasitəsilə rəsmiləşdirməyə icazə verib.

“NOCOMMENT” Publika.az-aistinadən xəbər verir ki, bunu Ukraynanın ədliyyə nazirinin müavini Valeriya Kolomiets bildirib.

Nazir müavini qeyd edib ki, nikahın qeydiyyatı hərbi əməliyyatların olmadığı ərazidə qeydiyyat idarəsinin istənilən orqanında aparıla bilər. Eyni zamanda müəyyən şərtlər daxilində nikahları təkcə qeydiyyat idarəsinin əməkdaşları deyil, həm də polis və hərbçilər də qeydiyyata ala bilər: “İndiki şərait ona gətirib çıxarır ki, insanların bəzən gözləmək imkanı olmur. Çünki biz hamımız elə şəraitdə oluruq ki, sabah və hətta bu gecə axşam nə olacağını bilmirik. Ona görə də indi müraciət etmək və nikahı bir gündə rəsmiləşdirmək mümkündür. İstəklərini bildirmiş insanlar gün ərzində evlənə bilərlər”.

V.Kolomiets əlavə edib ki, ölkəni müdafiə edənlər üçün məsafədən evlilik də nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 22 min ukraynalı cütlük evlənib.