Bu rayonda bələdiyyə sədrləri cərimələndibackend

Bu rayonda bələdiyyə sədrləri cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə ətraf mühitin çirkləndirilməsinə qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan NOCOMMENT.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə rayonun Yeni Əyricə və Kərimbəyli kəndlərinin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Ərazinin zibillənməsi halları ilə bağlı keçirilən digər təfbirlərlə 15 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Cari il ərzində rayon ərazisində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 301 nəfər barəsində müvafiq qaydada protokollar tərtib edilib.

Bərdədə bələdiyyə sədrləri cərimələnibBərdədə bələdiyyə sədrləri cərimələnib