Qardaşından açıqlama: Bu şəhid “məşqə gecikirəm” deyən oğlan deyil – FOTO/VİDEObackend

Qardaşından açıqlama: Bu şəhid “məşqə gecikirəm” deyən oğlan deyil – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

2017-ci ildə keçirilən sorğuda 1990-cı il 20 Yanvarda nə baş verdiyini bilməyən və “Məşqə gecikirəm” deyib bütün ölkənin gülüş obyektinə çevrilən gəncin şəhid olması xəbəri yalandır.

NOCOMMENT xəbər verir ki, bu barədə yenisabah-a danışan şəhid Vüsal Allahverdiyevin qardaşı Sərxan Allahverdiyev “məşqə gecikirəm” deyən şəxsin qardaşı olmadığını deyib: “Bu məlumat yalandır. Video ilə şəhid olan qardaşımın şəkli qarşı qoyulsa, həmin adam olmadığı aydın görünəcək. Bizim ailəmiz bu xəbər çıxandan stress içərisindədir.

Mənim qardaşım Samux rayonundandır, nə Bakı şəhərində olub, nə də həmin sorğuda iştirak edib. Bu xəbər necə yayılıb anlamıram. Bu məlumat tamamilə yalandır, qardaşım həmin şəxs deyil.

O, Vətəni üçün şəhid olub, bizim ailəmizdə vətənə sevgi sonsuzdur. 20 Yanvar və digər bu kimi hadisələri bilməmək bizim ailəyə məxsus olan şey deyil”.