Bu suyu yay boyunca yanınızdan ayırmayınbackend

Bu suyu yay boyunca yanınızdan ayırmayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bədəninizdə hər 20 kilo üçün 1 litr su içmək lazım olduğunu bilirdinizmi? – Xüsusilə yay aylarında .Yemək kimi suyun da önəmli olduğunu bildirən mütəxəssislər su içmək üçün susamağı gözləməməyi məsləhət görürlər. Su, bədənin ehtiyac duyduğu natrium, kalium, fosfat, maqnezium və kalsium kimi bir çox vacib mineralları ehtiva edir. Ancaq bəziləri çox su içməyi sevməyə bilər ya da çox içdikdə mədə bulantıları ilə qarşılaşa bilərlər.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər həm asan içilə biləcək, həm də bədəninizi təmizləyəcək detoks suyunun hazırlanma qaydasını sizə təqdim edir.

1 litr suya 6 mixək, 2 nazik dilim təzə zəncəfil, dilimlənmiş yarım limon, 1 rozmarin və 1 ədəd darçın çubuğu əlavə edib təxminən 2 saat saxlayırsınız. Səhər oyanan kimi və gecə yatmazdan əvvəl hazırlanan sudan içməyiniz tövsiyyə olunur.

Qeyd edək ki, hüceyrələrimizi oksigenlə qidalandıran, həzm sisteminin işləməsinə və zərərli maddələrin bədəndən xaric olmasına kömək edən su, immuntetin gücləndirilməsində və xəstəliklərin qarşısının almasında mühüm rol oynayır. Mütəxəssislər suyun yemək aralarında yox, qida qəbul etməzdən əvvəl və ya sonra içməyi məsləhət görürlər.