Bu yerlərdə pulsuz vayfay xidməti DAYANDIRILIR – SİYAHIbackend

Bu yerlərdə pulsuz vayfay xidməti DAYANDIRILIR – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir çox yerdə quraşdırılan pulsuz Wi-Fi xidməti dayandırılacaq.

NOCOMMENT xəbər verir ki, oxu.az-ın məlumatına görə, bu barədə “Bakı Telefon Rabitəsi” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva İTV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən bu ərazilərdə ictimai Wi-Fi xidməti fəaliyyət göstərməyəcək:

– Qış parkı
– İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
– Sabir bağı
– Xaqani bağı
– Axundov bağı
– Zabitlər parkı
– Hüseyn Cavid parkı
– İzmir parkı
– Sahil bağı
– Səməd Vurğun bağı
– Muğan bağı
– Fashion Avenue parkı
– Dədə Qorqud parkı
– Beynəlxalq Avtovağzalın perronu.

Eyni zamanda üç ərazidə pulsuz vayfay xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bunlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Mərkəzinin parkıdır.