Bunların məntiqi ilə iynə vuranda spirt vurulmamalıdır ki, haramdırbackend

Bunların məntiqi ilə iynə vuranda spirt vurulmamalıdır ki, haramdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mətbuatda açıqlamaları dərc olunan tanınmış şəxslərlə bağlı Rəşad Məcidin səsləndirdiyi fikirlər normaldır. Lakin burada tanınmış şəxsiyyət deyiləndə kimin nəzərdə tutulduğunu dəqiqləşdirmək vacibdir”. 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Əməkdar jurnalist Elçin Şıxlı deyib.

O, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin sosial şəbəkə hesabında paylaşdığı fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Rəşad Məcid bildirib ki, sosial şəbəkələrin meydan suladığı indiki dövrdə psixi pozğunluğu, sapıntılı orientasiyası, şübhəli reputasiyası, küt düşüncəsi olan adamlar hər cür sərsəm fikirlər səsləndirə bilərlər.

Onun sözlərinə görə, ciddi media orqanları sosial şəbəkədə yazılan bu cür fikirləri tirajlamamalıdırlar:

“Özünə hörmət edən ciddi media subyektləri, normal düşüncəli fəal sosial şəbəkə istifadəçiləri belə sərsəm fikirləri yaymamalı, tirajlamamalı, əksinə, hiddət və etirazlarını bildirməlidirlər. Xaosun, bulanıqlığın qarşısında sipər olmalıdırlar”.

Öz növbəsində, E.Şıxlı bildirib: “Məsələn, bu gün Hacı Təyyar adlı bir şəxs açıqlama verib və hər kəs onu paylaşır. Bu saat Azərbaycanda hacı itinə tökdür, nə olsun?! Reallıq isə budur ki, ciddi mətbuat idiot fikirləri tirajlamamalıdır. Çünki bu fikirlər, hətta üçüncü sinif uşağına aydındır ki, bu adamın söylədiyi fikirlər cəfəngiyatdır. Bunların məntiqi ilə iynə vuranda spirt vurmamalıdırlar ki, haramdır. Belə sarsaq fikirləri tirajlamaqla biz həmin o cür mənasız adamları gətirib məşhurlaşdırırıq. Rəşad Məcid bu mənada çox düzgün deyib”.

“O ki qaldı hadisələri işıqlandırmaq məsələsinə, bu, tamam başqa bir şeydir, mətbuat bunu etməlidir. Amma biz belə sarsaq fikirləri tirajlayırıqsa, deməli, biz də həmin o sözü deyən adamların tayıyıq.

Hansısa bir hacı fikir söyləyirsə, onu niyə məşhur edirlər? Belə adamların sarsaq fikirlərini tirajlamaq olmaz. Fikir söyləmək ayrı, amma bu, heç fikir də deyil. Sonra biri də qayıdıb deyir ki, bu onunla, o bununla yatır. Bunları yaymağa məqsəd nədir? İndi hər kəsin sosial şəbəkə hesabı var və orada nə deyirlərsə, desinlər. Lakin ciddi mətbuat bu fikirləri tirajlamamalıdır”, – fikirlərini yekunlaşdırıb.