Şəhid övladlarının “Məzun günü” qeyd olundu – FOTObackend

Şəhid övladlarının “Məzun günü” qeyd olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladlarının “Məzun günü” adlı tədbir keçirlib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə təşkilatın sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxış edərək bu il məzun olan şəhid övladlarını təbrik edib:

“Bu il mənim övladım da daxil 30 dan artıq şəhid yadigarı olan şagird məzun olur. Mən onları öz balalarım kimi çox istəyirəm. Əminəm ki, bundan sonra onlar istər ali təhsil alaraq, istərsə də peşə təhsilinə yiyələnərək həm öz valideynlərinə, həm də Vətənə daha layiqli övlad olmağa çalışacaqlar”, – deyə Sevinc Orucova bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də çıxış edərək, məzunları təbrik edib, onlara uğurlar arzulayıb:

“Bu gün məzun olan şəhid övladlarının bir araya yığılması təsiredici hadisədir. Sizlərin çiynində böyük bir məsuliyyət var. Siz atalarınızın bizlərə yaşatdığı qürurun davamçıları olmalısınız”.

Gecədə müğənni Sivva “Əziz müəllimim” mahnısını məzunlar üçün səsləndirib.