“Dövlət həmişə olduğu kimi, yenə peşəkar medianın yanındadır” – Rəşad Məcidbackend

“Dövlət həmişə olduğu kimi, yenə peşəkar medianın yanındadır” – Rəşad Məcid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu keçirilib.

Forumda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, peşəkar jurnalistilər üçün imtiyazlar olmalıdır.

Maraqlıdır, bu imtiyazlar nələr ola bilər? Hansı imtiyazlar nəzərdə tutulur.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Mətbuat Şuarsının sədri Rəşad Məcid Redaktor.az-a danışıb.

Sədr bildirdi ki, son illərdə “Media haqqında” qanunun qəbul olunması və peşəkar jurnalistlərin digərindən fərqləndirilməsi istiqamətində addımlar atılıb.

“Azərbaycanda müəyyən qanunlara düzəlişlər olunması, jurnalistlərin peşəkar medianın iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində xeyli işlər görülüb. İmtiyazlar deyəndə, əlbəttə ki, reyestrə düşən jurnalistlərin ipotekadan bəhrələnməsi, MİDA-dan mənzil ilə bağlı şəraitin yaxşılaşdırılması, bu kimi məsələlər nəzərdə tutulur. Bu, məsələlər həmişə də gündəmdədir. İndi Media Reyestri də məhz bu niyyətlə yaradılıb ki, Media Reyestrində olan peşəkar jurnalistlər daha çox imtiyaz əldə etsinlər. İndi jurnalistikanın iqtisadi imkanları zəifdir, xeyli kənar müdaxilələr var. Jurnalist adına iddia edən xeyli insanlar var ki, əslində bunlar müəyyən vasitələrlə iqtisadi vəziyyətlərini yaxşılaşdırırlar. Peşəkar jurnalistlərin isə çətinlikləri olur. Bu baxımdan dövlət həmişə olduğu kimi, yenə peşəkar medianın yanındadır”, – deyə Rəşad Məcid vurğulayıb.