Burun tutulması hansı problemlərə səbəb olur?backend

Burun tutulması hansı problemlərə səbəb olur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tez-tez  rast gəlinən burun tutulması – qrip və soyuq dəymə kimi xəstəliklərdə özünü göstərsədə, bəzi insanlarda bu problem uzunmüddətli ola bilir. Tutulma əsasən burun sümüyünün və ya qığırdağının əyri olması, burun ətinin şişməsi və allergiya olduğu hallarda yaranır.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər bu problemin insan sağlamlığına olan zərərlərini açıqlayıblar.

Yorğunluq

İnsan bəzən niyə yorğun olduğunu anlaya bilmir. Yetərincə dərindən nəfəs almamaq insanın daha tez yorulmasına səbəb olur.

Üzdə və gözdə olan ağrılar

Hava axınında manelər olduğu halda burun axması, üzə və gözə vuran ağrılar müalicə olunmadığı halda daha böyük problemlər yarada bilir.

Yuxulama hissi

Burun tıxanmasının yaratdığı digər problem də , yuxulama hissi və yatarkən xoruldamaqdır.

Ürək xəstəlikləri

Rahat nəfəs ala bilmədikdə  ağciyərə qan ötürən ürək damarının üzərinə əlavə yük düşür və bu da ürək xəstəliklərinin qısa zamanda yaranmasına səbəb olur.

Astma

Allergiyadan yaranan burun tıxanıqlığı tənəffüs yollarına təsir edə və astma kimi ağciyər xəstəliklərinə səbəb ola bilər.

Qoxu və dad bilmə hisslərinin azalması

Burun sümüyünün və ya qığırdağının əyilməsi, burun ətinin şişməsi qoxu hissinin azalmasına səbəb olur. Təbii ki, bu eyni zamanda dad bilmə hissinə də təsir edir.

Qıcıqlandırıcı öskürək

Burun tıxanıqlığına yol açan səbəblər, özəlliklə xroniki sinüzitdən yaranan burun axmaları boğazda qıcıqlandırıcı öskürəyə səbəb olur.

Diş çürüməsi və diş əti iltihabı

Tıxanıqlıq səbəbi ilə ağızla alınan nəfə boğaz, ağız və diş sağlamlığına da mənfi təsir göstərir. Tez-tez yaranan ağız quruması diş çürüklərinə və diş əti iltihabına səbəb olur.

Boğaz infeksiyaları

Burunla alınan nəfəs əvvəlcə burun daxilində təmizlənərək boğaza oradan da ağciyərə ötürülür. Bir başa ağızla alınan nəfəs isə bu yollardan keçmir və bu bir sıra problemlərə gətirib çıxarır.

Eşitmə qabiliyyətini itirmək

Burun yolu ilə aldğımız hava eyni zamanda orta qulaq boşluğuna gedib çatır. Qulaq sağlamlığı üçün qulaqların da nəfəs alması mütləqdir. Əksi olduğu halda eşitməkdə problemlər yaranır və bu hal əməliyyat olunmağa kimi gedib çıxır.