Buta-nın Batumiyə uçan təyyarəsi Tbilisiyə təcili eniş edibbackend

Buta-nın Batumiyə uçan təyyarəsi Tbilisiyə təcili eniş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” şirkətinin Bakıdan Gürcüstanın Batumi şəhərinə reys yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına enməyə qərar verib.

Aviaşirkətdən NOCOMMENT-ə verilən məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır. “Embraer 190” markalı təyyarə saat 09:40-da Tbilisidə eniş edib.