Buzovnada qəbiristanlıqdan oğurluq oldubackend

Buzovnada qəbiristanlıqdan oğurluq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlığın oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə NOCOMMENT.aza Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Emin Qurbanov, əvvəllər məhkum olunmuşlar – Nadir Namazov və Kamran Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.