“CASHBACK” VƏ ƏDV-nin hökmübackend

“CASHBACK” VƏ ƏDV-nin hökmü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müsəlmana yaraşan odur ki, bilmədiyi hər hansı bir əməli etmədən öncə onun şəriətlə icazəli olub-olmadığını öyrənsin. Xüsusən də, ticarət bölməsində”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri ilahiyyatçı Şeyx Qamət Süleymanov bildirib.

“Möminlərin əmiri Ömər (Allah ondan razı olsun) əmirliyi dövründə bazarları gəzər, satıcılara ticarət əhkamlarından suallar verərdi. Onlar bilmədikdə Ömər onlara bazarı tərk etməsini və ticarət əhkamlarını öyrəndikdən sonra gəlməsini əmr edərdi.

Bizim zamanımızda bazarların bir hissəsi elektron cihazlara daşınıb. Bizə də vacib olan odur ki, ticarət mövzusunda çıxan qaydaların haram və ya halal olmasını İslam dininin əsaslarına uyğun öyrənək.

“Cashback”ƏDV də bunlardan biridir. İlk öncə bu sözlərin nə olduğunu, sonra da nə üçün istifadə olduğunu bilmək lazımdır. “Cashback” ingilis sözüdür və pulun qalığı deməkdir. ƏDV isə “əlavə dəyər vergisi” deməkdir.

“Cashback” – sanki müştəri alış-veriş etdikdə satıcının ona endirim etməsidir. Sadəcə olaraq bu edirimi müştəriyə pul və ya bonus şəklində geri qaytarır. Bununla da “Cashback”in icazəli olması bəlli olur.

ƏDV isə dövlətin satıcıdan hər satacağı mala görə tutduğu vergi faizidir. Dövlət isə bu malın satıcıdan almaq əvəzinə müştərilərə verilməsini deyir. Bununla da müştərinin öz pulu özünə qayıdır. Bu da icazəlidir.”