Bu müəssisələr ƏDV vermir: vergidən yayınma, yoxsa…backend

Bu müəssisələr ƏDV vermir: vergidən yayınma, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar bəzi ictimai iaşə obyektləri və pərakəndə ticarət müəssisələrindən istehlakçılara təqdim olunan kassa qəbzlərində yaranan ƏDV problemi əhali arasında şikayətlərə səbəb olur. Təqdim olunan qəbzin üzərində QR və “Fiscal” kod olsa da, ƏDV prosesi zamanı qəbzin təqdim olunduğu təsərrüfat obyektinin ƏDV-nin geri qaytarılmasına əsas verən pərakəndə ticarət və ya ictimai iaşə sahəsinə uyğun olmadığı bildirilir.

Bu, nə ilə bağlıdır və belə hallarda vətəndaşlar nə etməlidir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı publika.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş müəssisələr müəyyən dövrdə ƏDV ödəyicisi olmaya bilər.

“Yeni nəsil kassa aparatlarında emissiya olunan bütün qəbzlərin QR və “Fiscal” kodları olur. Lakin əlavə dəyər vergisinin qaytarılma mexanizmi yalnız ƏDV ödəyiciləri üçün keçərlidir. Bəzi müəssisələr var ki, onların ardıcıl 12 ay ərzində dövriyyələri 200 min manatı keçmirsə, bu zaman ƏDV ödəyicisi olmadan sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərə bilirlər”, – ekspert deyib.

Onun sözlərinə görə, adətən pərakəndə ticarət müəssisələri müəyyən qədər dövriyyələrini gizlətmə yolu ilə ƏDV ödəyicisi statusunu almaqdan yayınmağa çalışırlar.

“Bu da təəssüf ki, Azərbaycan iqtisadiyyatında qeyri-rəsmi və gizli sahibkarlıq fəaliyyətinin geniş yayılması və institutlaşması problemindən irəli gələn məsələlərdən biridir. Eyni zamanda iaşə müəssisələrinə münasibətdə vəziyyət tamamilə fərqlidir. Belə ki, onların digər alətlərdən istifadə edərək vergidən yayınmaları və ya dövriyyəni gizlətmələrinə ehtiyac olmur. Onlara da vergi məcəlləsinə uyğun olaraq sadələşdirilmiş şəkildə vergi ödəyicisi olaraq fəaliyyət göstərmək hüququ verilir.

Həmin müəssisələrin dövriyyəsi ardıcıl 12 ay ərzində 200 min manatı keçirsə, bu zaman onlar könüllü şəkildə sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərə bilərlər. Lakin bu halda onların vergi dərəcəsi dəyişir, 2 faizlik deyil, 8 faizlik vergi ödəməklə fəaliyyət göstərə bilirlər. Bu da bir sıra iaşə müəssisələrində verilən kassa qəbzləri üzrə əlavə dəyər vergisindən kəşbek ödənilməsi imkanını məhdudlaşdıran əsas şərtlərdən biridir. Pərakəndə ticarət müəssisələri üzrə müvafiq məqam digər iaşə müəssisələrinə münasibətdə onların könüllü sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyətini daha yüksək sadələşdirilmiş vergi dərəcəsi ödəməklə davam etdirmək hüququnun olmasıdır”,-Rəşad Həsənov əlavə edib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, ƏDV qəbzlərindəki problemlər ilə bağlı hər həftə Birliyə şikayət daxil olur.

“Əhali bilməlidir ki, qanunvericilikdə göstərilən müəyyən dövriyyə miqdarına görə bəzi satış müəssisələri ƏDV qaytarılmasından azadddır. Təəssüf ki, azad olmayan yerlərdə də istehlakçıların hüququnun pozulması halı baş verir. Bəzən telefonlar QR və “Fiscal” kodları qəbul etmir. İstehkakçılar belə hallarla üzləşdikdə “195” qaynar xətti vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat vermələrini tövsiyyə edirəm”, – E. Hüseynov qeyd edib.